
“Apple” Çin hakimiyyətinin tələbi ilə WhatsApp, Threads, Telegram və Signal xidmətlərini Çindəki App Store-dan çıxarıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Çinin Dövlət İnternet İnformasiya İdarəsi WhatsApp və Threads-ın Çin prezidenti Si Cinpinə “problemli” istinadlar ehtiva etdiyi üçün App Store-dan silinməsini tələb edib.
“Bizdən fəaliyyət göstərdiyimiz ölkələrin qanunları ilə razılaşmasaq belə, onlara riayət etmək tələb olunur”, – deyə bildirib.
Bildirilir ki, sözügedən messencerlər Çində yalnız VPN xidmətləri vasitəsilə mövcuddur, lakin hələ də vətəndaşlar tərəfindən geniş istifadə olunur.
Qeyd edək ki, Çin hakimiyyəti mənfi məzmun yaymaq və iğtişaşlar səbəbindən bu cür platformalardan ehtiyatlanır.
Gununsesi.info