Ramiz Mehdiyevi ömürlük cəza gözləyir

  • By admin
  • 15 Oktyabr 2025 08:38

Xəbər verdiyimiz kimi, PA-nın sabiq rəhbəri Ramiz Mehdiyev barəsində Dövlət Təhlükəsizlik Xidmətində Cinayət Məcəlləsinin bir sıra maddələri ilə cinayət işi başlanıb.

Səbael Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib.

Gununsesi.info , CM-nin 193  ( Yalançı sahibkarlıq), 274 (dövlətə xəyanət) və 278 ( Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə ) maddələri ilə ittiham olunan Ramiz Mehdiyevin cinayətinin sübut olunacağı təqdirdə alacağı cəzanın nədən ibarət olacağını araşdırıb.

Beləliklə, Cinayət Məcəlləsinin 193 (Yalançı sahibkarlıq) maddəsində bu cəza nəzərdə tutulur:

Maddə 193. Yalançı sahibkarlıq

193.1. Yalançı sahibkarlıq, yəni kredit almaq, rüsumlardan azad olmaq və ya digər əmlak mənfəəti əldə etmək, yaxud qadağan edilmiş fəaliyyəti gizlətmək məqsədi ilə sahibkarlıq fəaliyyətini həyata keçirmək niyyəti olmadan müəssisə və ya digər hüquqi şəxsin yaradılması xeyli miqdarda ziyan vurduqda habelə xeyli miqdarda gəlir əldə etməklə törədildikdə [487]

cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən üç mislinədək miqdarda cərimə və ya altı ayadək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[488]

193.2. Eyni əməllər:

193.2.1. külli miqdarda ziyan vurduqda;

193.2.2. külli miqdarda gəlir əldə etməklə törədildikdə;

193.2.3. mütəşəkkil dəstə tərəfindən törədildikdə —[489]

cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) üç misli miqdarında cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[490]

193.3. Bu Məcəllənin 193.1 və 193.2-ci maddələrində nəzərdə tutulmuş əməllər: [491]

193.3.1. xüsusilə külli miqdarda ziyan vurduqda;

193.3.2. xüsusilə külli miqdarda gəlir əldə etməklə törədildikdə —

üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) dörd misli miqdarında cərimə və ya beş ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

 

Mehdiyevin ittiham olunduğu əsas cinayətdən biri Ölkənin konstitusiya quruluşunun və əsaslarının təhlükəsizliyi əleyhinə olan cinayətlər kateqoriyasına daxildir.

Ona CM-nin Maddə 274-cü Dövlətə xəyanət maddəsi ilə ittiham elan olunub.

 Həmin maddədə deyilir: 

Dövlətə xəyanət, yəni Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasının vətəndaşı tərəfindən qəsdən törədilən əməl: düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə—

əmlakı müsadirə olunmaqla və ya olunmamaqla on iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd: Bu maddədə, habelə bu Məcəllənin 276-cı maddəsində nəzərdə tutulmuş cinayətlərin törədilməsi üçün xarici ölkələrin xüsusi xidmət orqanları tərəfindən cəlb edilmiş şəxs aldığı cinayət tapşırığının icrası üzrə heç bir fəaliyyət göstərməmişsə və dövlət hakimiyyət orqanlarına könüllü surətdə və vaxtında məlumat vermişsə və ya Azərbaycan Respublikasının mənafelərinə ziyan vurulmasının qarşısının alınmasına sair formada kömək etmişsə, əgər onun hərəkətlərində başqa cinayətin tərkibi yoxdursa, cinayət məsuliyyətindən azad olunur.

 

Ramiz Mehdiyevin ittiham olunduğu üçüncü cinayət isə hakimiyyəti zorla ələ keçirmə barədədir.

Bununla bağlı Mehdiyevə CM-nin 278 ci maddəsi ilə, yəni hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə ittihamı elan olunub.

Həmin maddədə yazılır:

278.1. Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud hakimiyyətin zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər—

on iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

278.2. Azərbaycan Respublikasının konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına, yaxud hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlərin dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədilməsi –

on beş ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[828]

Qeyd: Bu maddədə nəzərdə tutulmuş cinayətləri törətmiş, lakin dövlət hakimiyyət orqanlarına könüllü surətdə və vaxtında məlumat vermiş və ya Azərbaycan Respublikasının mənafelərinə ziyan vurulmasının qarşısının alınmasına sair formada kömək etmiş şəxs, əgər törətdiyi cinayət ilə əhəmiyyətli zərər vurmamışsa və onun hərəkətlərində başqa cinayətin tərkibi yoxdursa, cinayət məsuliyyətindən azad olunur.

 

Firuzə Mahmudova

Gununsesi.info