
Çin Hindistanın ev sahibliyi edəcəyi “Böyük İyirmilər” (G 20) toplantıısna qatılmayacaq.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, rəsmi Pekin Hindistanın ev sahibliyində mübahisəli Cəmmu və Kəşmir bölgəsində gerçəkləşdiriləcək G20 toplantısını boykot edəcək.
Çinin Xarici İşlər Nazirliyi Hindistanın bu qərarına etiraz edib. Nazirlik açıqlamasında Çinin hansısa mübahisəli bölgədə qlobal G20 toplantısının keçirilməsinə qarşı olduğu vurğulanıb. Bildirilib ki, Çin bu toplantıya qatılmayacaq.
Pakistan isə bu qərarı” məsuliyyətsiz” adlandırıb.
Hazırda Fransa, Rusiya, Amerika, Almaniya, İngiltərə, İtaliya. Cənubi Koreya, Avropa birliyi və Yaponiya 3 günlük toplantıya qatılmaq üçün qeydiyyatlarını etdirib.
Tərcümə: Arzu Sayadoğlu