
Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri, Azərbaycan parlamentinin ilk sədri, 2-ci xarici işlər naziri Əlimərdan bəy Topçubaşovun nəvəsi Gülnarə Kürdemirin İstanbuldakı məzarını ziyarət edib.
Gununsesi.info xəbər verir ki, bu barədə XİN rəhbəri sosial şəbəkədə paylaşım edib.
“5 oktyabr 2021-ci ildə, 98 yaşında vəfat edən Gülnarə Kürdemirin qohumlarının da iştirakı ilə məzarı üzərinə tər çiçəklər düzdük”, – deyə C.Bayramov qeyd edib.
Gununsesi.info