
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
Gununsesi.info Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Suraxanı rayonunda çoxmərtəbəli yaşayış binasının yeddinci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 5 ədəd sayğac və çıxış kabeli 5 p.m yanıb.
Yanğın zamanı tüstülənən mənzillərdən 10 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.
Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Gununsesi.info