
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Almaniyaya səfər edəcək.
Gununsesi.info-nun xəbərinə görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat yayıb.
Türkiyə XİN başçısı mayın 6-da Almaniyaya gedəcək.
Səfər çərçivəsində baş tutacaq görüşlərdə ikitərəfli münasibətlər, regional məsələlər və Aİ-Türkiyə arasındakı əlaqələr müzakirə olunacaq.