
Müşahidə məntəqələrində nə qədər heyətin xidmət göstərəcəyi ev sahibi Azərbaycanla birlikdə qərarlaşdırılacaq.
Publika.az xəbər verir ki, bunu 24 TV-yə müsahibəsində Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.
O bildirib ki, ən qısa müddətdə monitorinq mərkəzi fəaliyyətə başlayacaq: “Çünki son zamanlarda Ermənistan bəzi pozuntulara yol verdi. Azərbaycan bu pozuntulara cavab verdi, amma burada Rusiya da məsuliyyət daşıyır. Çünki Qarabağın Laçın bölgəsində üçtərəfli bəyanat çərçivəsində Rusiyanın sülhməramlıları yerləşdirilib. Rusiya bu pozuntuların qarşısını almalıdır. Əks təqdirdə, cənab İlham Əliyev hansı addımlar atılacağı mövzusunda lazımi mesajı verib”.