Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var

  • By ilhame
  • 05 Yanvar 2024 22:10

Cəlilabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Gununsesi.info-nun məlumatına görə, olay Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun Abdullu kəndindən keçən hissəsində qeydə alınıb.

 

Qəza zamanı “VAZ 2107” markalı minik avtomobili yol kənarında dayanmış “Qazel” markalı yük avtomobilinə çırpılıb. Nəticədə Cəlilabad rayon sakini 1997-ci il təvəllüdlü Musayev Fərid və 1956-ci il təvəllüdlü Bəşirov Ədalət ağır xəsarət alıb.

 

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.info