
Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
Gununsesi.info “Report”a istinadən xəbər verir ki, Uzuntəpə kəndində yük avtomobili yol kənarındakı maneəyə çırpılıb.
Hadisə zamanı Bakı şəhər sakini, 1969-cu il təvəllüdlü Nuriyev Rövşən Abbas oğlu və daha bir nəfər xəsarət alıb.
Yaralılar xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info