
Cəlilabad rayonunda yol qəzası baş verib.
Gununsesi.info xəbər verir ki, hadisə Cəlilabad şəhərinin mərkəzi küçələrindən birində qeydə alınıb.
Belə ki, yol qəzası zamanı “Mercedes” markalı minik avtomobili ilə VAZ-21015 markalı minik avtomobili toqquşub.
Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info