Cəlilabad sakinini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

  • By ilhame
  • 28 Oktyabr 2023 11:15

Oktyabrın 24-də Cəlilabad şəhəri ərazisində Xaqani Mirnizami oğlu Əhmədlini vuraraq qəsdən öldürən şəxs saxlanılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib.

Məlumatda qeyd olunub ki, polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayət əməlini törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini, 1998-ci il təvəllüdlü Böyükxan Elçin oğlu Muradlı saxlanılıb.

Faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Gununsesi.info