
İşğaldan azad edilən Cəbrayıl rayonu ərazisində iki erməni hərbçisinin cəsədinin qalıqları tapılıb.
Gununsesi.info xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.
Bildirilir ki, iki cəsəd tapılıb: “Onların şəxsiyyəti məhkəmə-tibbi ekspertizasından sonra dəqiqləşdiriləcək”.
Xatırladaq ki, Qarabağda aparılan axtarış tədbirləri nəticəsində ümumilikdə 1700 cəsəd və qalıqları aşkarlanıb.
Gununsesi.info