Göygöldə qadın qəza yerində həlak olub

  • By admin
  • 23 Noyabr 2021 22:30

Göygöldə piyadanın ölümü ilə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan avtomobil yolu keçmək istəyən orta yaşlı qadını vurub. Qadın hadisə yerində dünyasını dəyişib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Gununsesi.info