Abşeronda küçədə tapılan nitq qüsurlu uşaq valideynlərinə təhvil verilib.
Bu barədə Gununsesi.info-ya DİN-in mətbuat xidmətindən məlumat verilib.
***
Bakıda azyaşlı uşağın valideynləri axtarılır.
Gununsesi.info xəbər verir ki, Abşeron rayonu, Xırdalan dairəsi ərazisində Yol Patrul Xidməti əməkdaşları tərəfindən nitq qüsurlu azyaşlı uşaq aşkar edilib.
Uşağın kimliyini və yaxınlarının yerini bilən şəxslərdən polis orqanlarına məlumat vermələri xahiş olunur.
Azyaşlı hazırda Abşeron Rayon Polis İdarəsindədir.










