Bu uşağın valideynləri axtarılır - VİDEO

YPX əməkdaşları kənar dairəvi yolda, hərəkətin intensiv olduğu istiqamətdə yolu təhlükəli yerdən keçən Fərid adlı azyaşlı uşaq aşkarlayıblar.

DİN-in Mətbuat Xidmətindən Gununsesi.info -ya bildirilib ki, uşağı tanıyan şəxslərdən xahiş olunur ki, onun ailə üzvlərinin tapılmasına köməklik göstərsinlər.
Hazırda uşaq ekoloji nəzarət postundadır, onunla polis əməkdaşları məşğul olur.