Bu ölkənin sabiq baş naziri HƏBS EDİLDİ

Bratislavada polis Slovakiyanın keçmiş baş naziri, respublika Sosial Demokratlar Partiyasının lideri Robert Fikonu saxlayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Slovak Radiosu məlumat yayıb .

Bildirilib ki, Fiko sosial demokratların Slovakiyanın paytaxtında respublikanın hazırkı hakimiyyətinə qarşı planlaşdırdığı etiraz aksiyası başlamazdan əvvəl saxlanılıb.

Keçmiş baş nazir hazırda Bratislavanın Lermontova küçəsində yerləşən polis bölməsindədir.

Gununsesi.info