
Qazaxıstanın Narın vilayətinin At-Başinski rayonunda atların çiplənməsi işləri aparılır.
Gununsesi.info bu barədə yerli KİV-ə istinadla xəbər verir.
Bildirilir ki, bir atın qiyməti 150 manatdır.
Rayon icra hakimiyyətindən verilən məlumata görə, çipləmə prosedurundan keçməyən mal-qara bazara buraxılmayacaq. Heyvan bazarına atları aparan avtomobillər yoxlanılacaq.
Statistikaya görə, At-Başı rayonunda 32 min 176 baş at var. Bu günə qədər 56%-i və ya 17 917-si mikroçiplənib.
Baytarlıq xidmətinin rayon şöbəsinin mütəxəssisləri kənd hökuməti və baytar həkimləri ilə birlikdə noyabrın 1-dək görülən işləri 100 faiz yerinə yetirməyi planlaşdırırlar.
Gununsesi.info