Bu ölkə ilə diplomatik pasportlara malik şəxslər üçün viza tələbi ləğv edildi

Azərbaycanla Əlcəzair arasında diplomatik pasportlara malik şəxslər üçün viza tələbi ləğv edilib.

Gununsesi.info xəbər verir ki, Prezident İlham Əliyev noyabrın 4-də bununla bağlı müvafiq qanunu imzalayıb.

Qeyd edək ki, Azərbaycanla Əlcəzair hökumətləri arasında diplomatik və xidməti pasportlara malik şəxslərin qarşılıqlı viza tələbindən azad edilməsi haqqında saziş 2022-ci il avqustun 10-da Bakı şəhərində imzalanıb.

Gununsesi.info