Bu gün nə qədər peyvənd vurulub?

  • By ilhame
  • 04 Avqust 2021 20:40

Bu gün Azərbaycanda koronavirus əleyhinə 68 021 vaksin vurulub.

Gununsesi. info xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Birinci mərhələdə peyvənd olunanların sayı 41 934, ikinci mərhələ üzrə 26 087 nəfərdir.

Ölkədə vurulan peyvəndlərin ümumi sayı 5 187 428, birinci mərhələ üzrə vaksin olunanların sayı 3 013 620,  ikinci mərhələ üzrə isə 2 173 808 nəfər təşkil edir.

Gununsesi. info