
Azərbaycanda son sutkada 68021 nəfərə koronavirus (COVID-19) əleyhinə peyvənd vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Gununsesi.info-ya verilən məlumata görə, birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 41934 nəfər, ikinci mərhələdə vaksinasiyadan keçənlərin sayı 26087 nəfərdir.
Ölkədə 18 yanvar 2021-ci ildən indiyədək ümumilikdə 5187428 COVID-19 əleyhinə vaksin vurulub. Onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3013620 nəfər, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2173808 nəfərdir.
Gununsesi.info