Bu gün 250-yə yaxın Azərbaycan vətəndaşı Gürcüstandan təxliyyə ediləcək

  • By arzu
  • 15 Yanvar 2021 10:14

Gürcüstandan 250-yə yaxın Azərbaycan vətəndaşının vətənə təxliyəsi həyata keçirilir.

 

Gununsesi.org “Report”-a istinadən xəbər verir ki, hazırda təxliyə olunan şəxslər Gürcüstan-Azərbaycan sərhədindəki “Qırmızı körpü” sərhəd-keçid məntəqəsi yaxınlığında toplaşır.

Vətəndaşların koronavirusla bağlı testləri neqativ nəticələnib. Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı təxliyə olunanlara COVID-19 arayışı təqdim edəndən sonra onlar növbəli şəkildə sərhəd-keçid məntəqəsini keçəcəklər. Həmin şəxslərin Azərbaycanda xüsusi karantin rejimində yaşadıqları yerə çatmaq üçün bir günlük sərbəst hərəkət icazələri olacaq.

Təxliyə prosesi yerli vaxtla saat 13:00-da başa çatdırılacaq.

Qeyd edək ki, Gürcüstandan Azərbaycan vətəndaşlarının son təxliyəsi ötən ilin sentyabrın 21-də baş tutub. Pandemiya dövründə Gürcüstandan və ölkə ərazisi vasitəsilə 2 mindən çox azərbaycanlının vətənə qayıdışı təmin olunub.

Gununsesi.org