Britaniya Abramoviç və Usmanovun maliyyə idarəçilərinə sanksiyalar tətbiq edir

Böyük Britaniya Xarici işlər naziri Ceyms Kleverlinin bu gün (12 aprel çərşənbə) elan etdiyi yeni sanksiyalar sanksiyaya məruz qalmış Rusiya oliqarxlarına aktivlərini mürəkkəb maliyyə şəbəkələrində gizlətməkdə bilə-bilə kömək edənləri hədəf alır.

Gununsesi.info bildirir ki, sanksiyaya məruz qalanlar arasında Rusiyanın böyük oliqarxları Roman Abramoviç və Əlişir Usmanova dəstək verən iki kiprli peşəkar köməkçi Demetris İoannides və Christodoulos Vassiliades də var.

HTML tutorial

Böyük Britaniya həmçinin Usmanovun maliyyə şəbəkəsini, o cümlədən USM, Curzon Square Limited və Hanley Limited şirkətlərini hədəf alıb. Bu şirkətlərə sanksiya tətbiq edilməsi Usmanovla əlaqəli aktivlərin, o cümlədən Londondakı 90 milyon funt-sterlinq dəyərində olan Beechwood House malikanəsinin sanksiya altında qalmasını təmin edir.

Böyük Britaniya rəsmiləri bildirirlər ki, bu tədbirləri həyata keçirməklə – öz hüquq sistemlərinə uyğun olaraq – təmin edir ki, Putin və onun müharibəsini dəstəkləməyə davam edənlər Ukraynanın suverenliyi və ərazi bütövlüyünün pozulmasına son qoyana qədər bu aktivlərdən heç birinə çıxışı olmayacaq.

 

Şəbnəm

Gununsesi.info