Brilliant Dadaşova Laçına şeir həsr etdi

Xalq artisti Brilliant Dadaşova ermənilərin Laçını tərk edərkən meşələri, evləri yandırmasına biganə qala bilməyib.

Gununsesi.info xəbər verir ki, son zamanlarda duyğularını şeir dili ilə ifadə etməyə üstünlük verən müğənni paylaşımında bunları yazıb:

“Laçından yenə tüstülər qalxır.

Gözdən ürəyimə qara qanlar axır.

Ay vicdansız, zatı imansız, bilmirsən ki,

Göydən Allah da baxır?

Nə edib sənə yaşıl ağaclar,

Yavru quşlar, kollar, yamaclar?

Unutma, vətənin doğma övladları var,

Yandırdığın daxma yerində imarətlər ucaldar,

Yamanlıq yenə də sənin özünə qalar”.

Gununsesi.info