“Brent” bahalaşdı

  • By Admin2
  • 08 Yanvar 2026 09:41

“ICE London” qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2026-cı ilin fevral müqaviləsinin dəyəri 0,57% artaraq 1 barelə görə 60,3 ABŞ dolları təşkil edib.

Gununsesi.info xəbər verir ki, Nyu-Yorkun “NYMEX” əmtəə birjasında 2026-cı ilin mart ayında ixrac etməklə “WTI” markalı neftin 1 barelinin qiyməti də 0,55% artaraq 56,3 ABŞ dollarına bərabər olub.