Böyük Britaniyanın Azərbaycandakı səfirliyi Saleh Rüstəmlinin durumu ilə maraqlandı

  • By ilhame
  • 16 Dekabr 2021 12:52

Hazırda Penitensiar Xidmətin Müalicə Müəssisəsində aclıq aksiyası keçirən Gədəbəy rayon icra hakimiyyətinin başçısı siyasi məhbus Saleh Rüstəmovun vəkili Bəhruz Bayramov Böyük Britaniyanın Azərbaycandakı səfirliyində olub.

Bu barədə Gununsesi.info-ya açıqlama verən vəkil bildirib ki, Böyük Britaniyanın səfirliyi Saleh Rüstəmovun durumu ilə maraqlandığına görə onu səfirliyə dəvət ediblər:

“Səfirin birinci müavini Phlip Barcleylə görüşdük. Saleh Rüstəmovun real durumu barədə səfirliyə məlumat verdim. Onların bu məsələ ilə bağlı maraqlanmalarını təqdirəlayiq hesab edirəm. Hesab edirəm ki, Saleh Rüstəmli dərhal azad olunmalıdır, əks təqdirdə biz onu itirə bilərik. Bu məsələ artıq ölkə gündəmindən çıxıb. Azərbaycan höküməti dövlətin nüfuzunu nəzərə almalıdır və Saleh Rüstəmlini azad etməlidir”.

Gununsesi.info