Borrell Qəzzada xəstəxanalarla bağlı vəziyyətdən danışdı

  • By ilhame
  • 13 Noyabr 2023 22:07

Qəzza zolağında 35 xəstəxanadan 20-nin fəaliyyətini dayandırdığı açıqlanıb.

Gununsesi.info TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell​ Aİ Şurasının Brüsseldə keçirilən iclasından sonra mətbuat konfransı zamanı danışıb.

Rəsminin sözlərinə görə, Qəzzada bəzi xəstəxanalar tamamilə dağılıb.

“Xəstəxanaların bəziləri dağıdılıb. ÜST-ün məlumatına görə, 35 xəstəxanadan 20-si yanacaq, su və elektrik olmadığı üçün fəaliyyətini dayandırıb”, – Borrell bildirib.

Gununsesi.info