“Xüsusi karantin tədbirləri gücləndiriləndən sonra Bakı Nəqliyyat Agentliyinin ekspress avtobusları fəaliyyətə başlayıb”.
Gununsesi.org-un məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli bildirib.
Onun sözlərinə görə, artıq 95 avtobus fəaliyyətə başlayıb:
“Dünəndən bu günə 21 min sərnişin daşınıb. Bundan başqa, özəl daşıyıcılar tərəfindən də 4000-ə yaxın sərnişinin daşınması təmin edilib. Hazırda 85 avtobus da ehtiyatda saxlanılır.
Lazım olarsa, həmin avtobuslar da xəttə buraxılacaq. Avtobus çatışmazlığı yoxdur, narahatlığa əsas yoxdur. Sadəcə, işi olmayan insanlar çölə çıxmasınlar”.
O qeyd edib ki, avtobuslarla bağlı hər hansı çatışmazlıq yoxdur:
“Zərurət olduğu halda, onları da xəttə buraxa bilərik. Amma biz daha çox maarifləndirmə tədbirləri aparmalıyıq ki, vətəndaşlar evdə qalmağa üstünlük versinlər”.
Gununsesi.org
COMMENTS