BMT Təhlükəsizlik Şurası 27 il sonra Qarabağ üçün TOPLAŞIR – 15 ÜZV ÖLKƏ

BMT Təhlükəsizlik Şurası bir neçə dəqiqədən sonra Qarabağ üçün toplaşacaq.

Gununsesi.info xəbər verir ki, iclasda Azərbaycan və Ermənistan arasında davam edən döyüşlər iclasın əsas gündəliyi olacaq.

İclasda BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü (Rusiya, ABŞ, Böyük Britaniya, Fransa, Çin) ilə yanaşı, 1 illik müddətə seçilmiş qeyri-daimi üzvləri -Belçika, Vyetnam, Almaniya, Dominikan Respublikası, İndoneziya, Niger, Sent-Vinsent və Qrenadinı, Tunis, Estoniya və Cənubi Afrika daxildir.
 
Xatırladaq ki, BMT Təhlükəsizlik Şurası Qarabağla bağlı sonuncu dəfə 1993-cü il noyabrın 12-də toplaşıb.  

Gununsesi.info