BMT Azərbaycana dəstəyini davam etdirir

BMT münaqişədən sonra aparılan bərpa işində Azərbaycana dəstəyini davam etdirir.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə BMT-nin Azərbaycandakı nümayəndəliyinin rəsmi səhifəsində qeyd edilib.

“BMT-nin Azərbaycandakı nümayəndəliyi münaqişədən sonra aparılan bərpa işində Azərbaycana dəstəyini davam etdirir. 2021-ci ildə fəaliyyətimiz nəticəsində, təxminən, 86 min nəfərin mina riskləri haqqında məlumatlılığı artırılıb, münaqişədən zərər çəkmiş 44 min nəfərə isə təcili yardım göstərilib”, – deyə məlumatda bildirilib.

Gununsesi.info