Ərdoğan işğalçı Rusiyanın müdafiəçisi rolunda -PUTİN HAQLIDIR

  • By admin
  • 08 Sentyabr 2022 17:27

 

“Putin haqlıdır, Ukrayna taxılı zəngin ölkələrə daşınır”

Prezident Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinin taxıl dəhlizi müqaviləsində Ukraynadan daşınan taxılın zəngin ölkələrə çatdırılması ilə bağlı tənqidində haqlı olduğunu bildirib.

Xorvatiyada çıxış edən Ərdoğan deyib: “İndi Rusiyaya qarşı bu sanksiyalar davam edərkən, bu sanksiyaları qoyan ölkələrə taxıl daşınması cənab Putini də narahat edir. Bunun aradan qaldırılması üçün Səmərqənddə Putinlə bu məsələləri müzakirə edəcəyik. Biz də taxıl daşımalarının Rusiyadan başlamasını istəyirik”.

Vladivostok İqtisadi Forumunda çıxışı zamanı Putin bəyan edib ki, Ukrayna taxılı aşağı gəlirli ölkələrə getmir, əksinə, əsasən Avropaya çatdırılır. Putin əlavə edib ki, marşrutlara məhdudiyyətlər prezident Rəcəb Tayyib Ərdoğanla müzakirə oluna bilər.

Gununsesi.info