
Azərbaycana daxil olan şəxslər arasında COVID-19-a yoluxanlarla bağlı məlumat açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, bu günə kimi bir nəfərdə pozitiv nəticə aşkarlanıb:
“Azərbaycana daxil olan zaman uyğun PCR arayışı təqdim etməyənlərdən hava limanında test götürülür və karantinə göndərilir.
COVID-19 tesinin nəticəsi pozitiv olan qeyd olunan şəxs qaydalara uyğun olaraq karantinə alınıb. Həmin şəxs Cənubi Afrika vətəndaşıdır”.
Gununsesi.info