Biləsuvarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Gununsesi.org bildirir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
İyunun 22-də, saat 16 radələrində Biləsuvar rayonunun Nərimankənd kəndi ərazisində həmin rayonun Səmədabad kəndinin sakini V.Həmzəli idarə etdiyi “Toyota” markalı avtomobillə kənd sakini Ramin Nəzərovun idarə etdiyi “İj” markalı motosikleti vurub.
R.Nəzərov hadisə yerində ölüb.
Faktla bağlı Biləsuvar Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Gununsesi.org
COMMENTS