
“Neft və qaz tədarükündən asılı olamamaq üçün ölkəmizə II Atom Ekektrik Stansiyası (AES) lazımdır.
Gununsesi.info-nun “BelTA” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.
“Karbohidrogen asıllığından qaçmaq üçün biz daha bir belə stansiya inşa etməliyik. Bu, xoşbəxtlikdir, hədiyyədir”, – o qeyd edib.
Xatırladaq ki, Belarusda ilk atom elektrik stansiyasının (BelAES) rəsmi açılış mərasimi sabah keçiriləcək.
Gununsesi.info