
Ərzaq məhsullarının qiyməti artmaqda davam edir. Paytaxtda yerləşən bazarlarda aparılan müşahidəyə əsasən onu demək olar ki, daha çox artım meyvə və tərəvəz qiymətlərində müşahidə olunur.
Gununsesi.info-nun Baku.Tv-yə istinadən məlumatına görə, satıcılar bildirir ki, idxal məhsullarının qiyməti daha çox artıb.
“Yerli məhsullarımız daha ucuz qiymətədir, xarici məhsullarda isə qiymət artımı müşahidə olunur” – deyə, satıcı bildirib.
Mövsümi olmayan meyvələrlə yanaşı, bəzi mövsümi tərəvəzlərin də qiyməti bahalaşıb.
Gununsesi.info