Bayden: Bizə Yaxın Şərqdə daha böyük müharibə lazım deyil

ABŞ prezidenti Bayden, seçkilərə qatılacağı Floridaya getməzdən əvvəl mətbuatın gündəmlə bağlı suallarını cavablandırıb.

Gununsesi.info bildirir ki, prezidentin sözlərinə görə, ABŞ Suriya-İordaniya sərhədindəki Amerika bazasına hücuma necə cavab verəcəyinə qərar verib.

Hücuma görə İranı məsul tutub-tutmadıqları ilə bağlı suala Bayden deyib: “Bu hücumu həyata keçirən insanlara silah verilməsi kontekstində onları (İran) məsuliyyət daşıyır”.

Hücumun birbaşa İranla əlaqəli olduğu aşkar edilərsə, İranı birbaşa məsuliyyətə cəlb edib-etməyəcəyi sualına Bayden “Bunu müzakirə edəcəyik” deyib.

Bayden bu sözlərlə davam edib: “Məncə, Yaxın Şərqdə daha böyük müharibəyə ehtiyacımız yoxdur, biz bunu axtarmırıq.”

Son iki gündə ABŞ prezidenti Bayden Suriya-İordaniya sərhədində ABŞ bazasına hücumla bağlı Milli Təhlükəsizlik Şurasını üç dəfə toplayıb.

Gununsesi.info