
UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində İspaniyanın “Vilyarreal” klubu Almaniyanın “Bavariya” klubunu qəbul edib.
Gununsesi.info xəbər verir ki, oyun meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb – 1:0.
Oyunda yeganə qolu 8-ci dəqiqədə Arno Danjuma vurub.
Qeyd edək ki, cavab qarşılaşması aprelin 12-si Münhendə keçiriləcək.
Gununsesi.info