“Bavariya” “Şalke”nin qapıçısı ilə 5 illik müqavilə bağlayıb

“Bavariya” “Şalke”nin qapıçısı ilə 5 illik müqavilə bağlayıb

Almaniyanın “Şalke” klubunun futbolçusu Aleksandr Nyubel “Bavariya” ilə anlaşıb.

Gununsesi.org-un məlumatına görə, tibbi müayinədən keçən 23 yaşlı qapıçı Münhen təmsilçisi ilə müqavilə imzalayıb.

5 illik anlaşmaya imza atan qolkiper 2025-ci ilin yayınadək Almaniyanın ən titullu klubunda çıxış edəcək. “Bavariya” Nyubellə keçidi hələ ötən qışda razılaşdırıb. Həmin vaxt qapıçı ilə razılıq əldə olunub ki, müqaviləsi başa çatandan sonra azad agent kimi Münhen klubuna keçəcək.

Qeyd edək ki, Nyubel Helzenkirhen təmsilçisində 4 mövsüm keçirib.

 

 

Gununsesi.org

COMMENTS