Baş Prokurorluq məlumat yaydı

Ağstafa rayonu ərazisində aşkarlanan meyitin şəxsiyyəti müəyyən edilib

Baş Prokurorluğdan Gununsesi.info-ya verilən məlumata əsasən, Ağstafa rayonu, Poylu kəndi ərazisində naməlum qadın meyitinin aşkar edilməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb və iş üzrə 1981-ci il təvəllüdlü Dursun Nəbiyev təqsirləndirilən şəxs qismində cəlb olunub (https://genprosecutor.gov.az/az/post/6193).

HTML tutorial

İstintaq-əməliyyat tədbirləri ilə zərərçəkmişin Ağstafa rayon sakini 1973-cü il təvəllüdlü Brilyant Kosayeva olması müəyyən edilib.

İbtidai istintaq davam etdirilir.

 

 

Şəbnəm

Gununsesi.info