Baş prokuror jurnalistlərə MÜRACİƏT ETDİ

“Mən demək olar bütün məlumatları mediadan oxuyuram. Biz medianın peşəkarlığına üstünlük veririk. Bəzi hallar olub ki, biz bəzi sosial şəbəkə istifadəçilərini prokurorluğa dəvət edərək onlara xəbərdarlıqlar etmişik”.

Gununsesi.info-nun xəbərinə görə, bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev deyib.

Baş prokuror, həmçinin jurnalistlərə müraciət edərək onları sensasiya yaratmaq xatirinə məlumat yaymaqdan çəkinməyə çağırıb:

“Bəzən jurnalistikanın adından istifadə edib, reketlik edənlər var. Həmin şəxslər prokurorluğa çağırılaraq müvafiq tədbirlər görülür. Mediada insanların şərəf, ləyaqətini alçaltmağa yönələn, sensasiya yaratmağa meylli məlumatlar olmamalıdır”.

Gununsesi.info