
İspaniyanın “Barselona” futbol komandasının prezidenti Joan Laporta yeni növ koronavirus infeksiyasına yoluxub.
Gununsesi.info xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Joan təcrid vəziyyətində qalacağı üçün “Barselona”nın növbəti matçlarını buraxacaq. Onun səhhəti yaxşı qiymətləndirilir, xəstəlik əlaməti yoxdur.
Klubun birinci vitse-prezidentinin isə koronavirus testi mənfi çıxsa da, ehtiyat tədbiri olaraq o növbəti matça komanda ilə uçmayacaq.
Gununsesi.info