
Bakı şəhərinin Səbail rayonu ərazisində, Salyan yolu şosesində (Su İdmanı Sarayının qarşısında) zəncirvari qəza olub.
Gununsesi.info xəbər verir ki, “Azərişıq” ASC-nin qaldırıcı kranı və üç minik avtomobili toqquşub.
Qəza nəticəsində xəsarət alanlar var.
Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub.