Bakıda yaşayış binasının həyətində yanğın olub

Bakı şəhəri, Nəsimi rayonu, Möhsün Sənani küçəsində (S.Vurğun küçəsi ilə kəsişməyə yaxın ərazi) beşmərtəbəli yaşayış binasının həyətində yanğın olub.

Gununsesi. info xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub.

İlkin məlumata görə, sahəsi təqribən 20 kvadrat metr olan taxta konstruksiyalardan ibarət tikili yanıb.

Yanğın bölmələrinin müdaxiləsi nəticəsində yanğının yayılmasının qarşısı alınıb, yanğın qısa müddətdə məhdudlaşdırılaraq tam söndürülüb.

Gununsesi. info