Bakıda yanğın baş verən sexdə axtarış-xilasetmə əməliyyatı davam etdirilir

  • By ilhame
  • 15 Yanvar 2024 20:18

Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş vermiş partlayışla əlaqədar Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

 

FHN-dən Gununsesi.info-ya bildirilib ki, hazırda dağıntı altında qalan şəxs və ya şəxslərin olması ehtimalı nəzərə alınaraq, axtarış-xilasetmə əməliyyatı fasiləsiz olaraq həyata keçirilir.

 

Gununsesi.info