
Bu gün Bakıda narkotik vasitə aludəçisi olan, eləcə də xanım müştərilərə əxlaqsız təkliflər etdiyinə görə barələrində şikayətlər olan taksi sürücülərinə qarşı əməliyyat keçirilib.
Gununsesi.info-nun “Qafqazinfo”a istinadən xəbərinə görə, əməliyyat Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən icra olunub.
Əməliyyat nəticəsində 50-yə yaxın taksi sürücüsü saxlanılıb və onlar məsuliyyətə cəlb edilib. Onların əksəriyyətinin barəsində inzibati protokollar tərtib edilib və məhkəmələrə göndərilib.
Gununsesi.info