Sumqayıtda avtomobil yandı

Sumqayıt şəhərində “Mercedes” markalı minik avtomobilinin idarəetmə lövhəsi və qapısı qismən yanıb.

Fövqəladə Hallar Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info