Bakıda maşın yandı – Sürücü öldü

  • By Ayshan
  • 03 Dekabr 2025 09:29

Bakıda avtomobil sürücüsü ilə birgə yanıb.

Bu barədə Gununsesi.info– ya FHN-dən bildirilib.

Qeyd edilib ki, Bakı şəhəri, Qaradağ rayonu ərazisinidə, Binə-Sədərək yolunda avtomobil yanıb.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Yanğın yanğından mühafizə qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində “DONG FENG AEOLUS E 70” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Atomobildə sürücünün yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.

Yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub.

Gununsesi.info