Bakıda külək ağacı maşının üzərinə aşırdı

  • By ilhame
  • 27 Noyabr 2023 21:57

Bu gün Bakıda və Abşeron yarımadasında müşahidə edilən güclü külək fəsadlar törədib.

Gununsesi.info xəbər verir ki, küləyin təsiri nəticəsində Nərimanov rayonu Əhməd Rəcəbli küçəsi 108 ünvanında irigövdəli ağaclardan biri aşıb.

Nəticədə ağac ərazidə park edilmiş avtomobilin üzərinə düşüb. Nəqliyyat vasitəsinə xeyli ziyan dəyib.

Gununsesi.info