Bakıda koronavirusa yoluxma üzrə lider rayon yenə dəyişdi

Bakıda koronavirusa yoluxma üzrə lider rayon yenə dəyişdi

Paytax ərazisində koronavirusa yoluxanların 12,7 faizi Yasamal rayonunun payına düşür.

Gununsesi.org xəbər verir ki, bu barədə məlumat koronavirusinfo.az saytında yerləşdirilib.

Yasamal rayonundan sonra ən çox yoluxma Bakının Xətai (12,2%), Binəqədi (12,1%), Sabunçu (12%) rayonları ərazisində qeydə alınıb.

Ümumilikdə, virusa yoluxmalar paytaxtın Nəsimi rayonunda 10,7%, Suraxanı rayonunda 9,6%, Nəriman Nərimanov rayonunda 8,8%, Nizami rayonunda 7,3%, Qaradağ rayonunda 6,6%, Xəzər 4,4, Səbail rayonunda 3,2% təşkil edib. Bakı üzrə ən az yoluxma isə 0,06%-lə Pirallahı qəsəbəsində qeydə alınıb.

Gununsesi.org

COMMENTS