Bakıda gənc oğlan bıçaqlanıb

  • By ilhame
  • 06 Yanvar 2024 21:03

Bakının Xətai rayonunda bıçaqlanma baş verib.

 

Gununsesi.info xəbər verir ki, hadisə Babək prospekti 65 ünvanında qeydə alınıb.

 

2006-ci il təvəllüdlü Fətəliyev Elvin Məhəmmədəli oğlu prospektdə tanımadığı şəxslə mübahisə edib.

 

Mübahisə zəminində E.Fətəliyev bıçaqlanıb.

 

Yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

 

Faktı Xətai Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

Gununsesi.info