
Bakı şəhərində velosiped yollarının salınması layihəsi çərçivəsində bu gün axşam saat 22:00-dan sabah səhər saat 06:00-dək Səbail rayonu Üzeyir Hacıbəyli küçəsinin Puşkin, Rəşid Behbudov küçələri Azadlıq prospekti ilə kəsişmələrində müvafiq nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq.
Bu barədə Publika.az-a Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
Bildirilib ki, qeyd olunan vaxt kəsiyində sözügedən kəsişmələrdə hərəkət xətlənmə işlərinin aparılacağı zolaqlar üzrə hissə-hissə qismən məhdudlaşdırılacaq.
“Sürücülərdən qeyd olunan vaxt müddətində işlərin aparıldığı ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur”, – deyə əlavə olunub.
Gununsesi.info